Dəkkə şəhərində Aşura mərasimində terror aktı törədilib.
- Günel Ağayeva
- 24 окт. 2015 г.
- 1 мин. чтения

Banqladeşin paytaxtı Dəkkə şəhərində bu gün səhər Aşura günü keçirilən məsciddə partlayış olub. RİA-Novosti xəbər verir ki, hadisə şiələrin ibadət etdiyi məsciddə əldə qayrılma partlayıcı ilə törədilib. Yerli mənbələrin məlumatına görə, nəticədə 100-dən çox insan zərər çəkib, 12 yaşlı oğlan isə həlak olub. Hələ heç bir terror təşkilatı hadisənin məsuliyyətini üzərinə götürməyib.
Comments