top of page

Dünyanın yeni ən varlı adamı seçildi

  • Könül Həsənova
  • 24 окт. 2015 г.
  • 1 мин. чтения

​ABŞ-da nəşr olunan iqtisadi jurnal - "Forbes"in açıqladığı "ən varlılar" siyahısında uzun fasilədən sonra "Microsoft" şirkətinin qurucusu Bil Qeyts 2-ci yerə düşüb, birinci yeri isə İspaniyanın tekstil nəhəngi "İnditex"in müdiri Amancio Orteqa tutub. Bizim.tv-nin məlumatına görə, 79 yaşlı ispan iş adamının sərvəti 79,6 milyard dollar, 2-ci yeri tutan Bil Qeytsin sərvəti isə 78,1 milyard dollardır. Orteqanın "dünyanın ən varlı adamı" olaraq açıqlanmasının ardınca "İnditex"in birjadakı səhmlərinin qiyməti tarixində ən yüksək səviyyəsinə çıxaraq, rekord qırıb. İspaniyanın cənubundakı Galisya bölgəsinin Coruna şəhərində 1975-ci ildə Zara firmasını yaradaraq tekstil sektoruna girən Amancio Orteqa, sıfırdan başladığı işi qısa müddətdə böyüdüb və 2001-ci ildə şirkətini birjaya çıxardıb. Zara, Massimo Dutti, Bershka, Oysho, Stradivarius, Zara Home, Uterqüe, Pull and Bear şirkətlərinin tərkibində olduğu İnditex, bu gün 88 ölkədə 6700-dən artıq mağazaya malikdir və 140 mindən çox adamın məşğulluğunu təmin edir.

Bình luận


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page