top of page

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

  • Aydın Ulusoy
  • 24 окт. 2015 г.
  • 1 мин. чтения

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, G. Salmanova ilə vida mərasimi sabah saat 11:00-da Arif Heydərov küçəsi 25 ünvanında yerləşən mənzilində keçiriləcək:

G. Salmanova eyni zamanda şəkər xəstəliyindən,və böyrək çatışmazlığından əziyyət çəkirdi.Gülnar Salmanova 1956-cı ildə anadan olub. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

コメント


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page