top of page

Bananın faydaları.

  • Günel Ağayeva
  • 24 окт. 2015 г.
  • 3 мин. чтения

Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Vətəni Hindistan olan banan buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana “xidmət edir”. Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır. Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan “cırtdan” banan çox dadlı sayılır. Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər. Gündə 5 ədəd banan yemək isə qan təzyiqini endirmək üçün lazım olan dərmanları iki dəfə azaldar. Bananın hər 100 qramında 90kkal enerji var. Banan dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Kaliumla zəngin olduğu üçün qan təzyiqinin aşağı salınmasında böyük rol oynayır. Banan B vitamini ilə zəngin olduğu üçün əsəb sistemini sakitləşdirir. Bananın tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var. Aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq. Bananın diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu var. Banan bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Depressiyadan əziyyət çəkənlər üçün əvəz olunmaz qidadı. Mədəniz qıcqqırarsa banan köməyinizə gələcək. Yemək arası banan yeməklə gümrahlığı bərpa etmək olar.Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq. Banan həm də bədən tempraturunu tənzimləyir. Ürək döyüntülərini normallaşdırmaq üçün bananı gündəlik yeyəcəklərin sırasına daxil edin. Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir. Banan yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar. Süd verən qadınlarda laktasiyanı normallaşdırır. Kal bananlar bağırsaq şişlərinin yaranmasının qarşısını alır. Bananın kökü qan xəstəliklərinin müalicəsi üçün faydalıdır. Banandan qaraciyər xəstəliklərinin qarşısı almaq üçün də istifadə olunur. Yaşıl banan dadlı olmasa da tərkibində çox nişasta olur. Kalium hər şeydən əvvəl ən əhəmiyyətli həyati minerallardanndır. Təzyiqin aşağı salınmasında, son dərəcə əhəmiyyətli təsirə malikdir. Kaliumla zəngin olan meyvə sümüklərin möhkəm olmasına səbəb olur. Onlarda triptofan – maddələr çoxdur hansı ki, xoşbəxtliyin hormonu – serotonini istehsal edir. Buna görə bananı yeyib əhval-ruhiyyəni yaxşılaşdırmaq asandır.Banan – yeganə meyvədir hətta körpələrdə də allergik reaksiya vermir. Sümüklərin bərkidilməsi. Banan orqanizmdə kalsiumu saxlayır, o sidiklə birlikdə çıxarılmır, orqanizmdə qalır və sümüklərin bərkidilməsi üçün istifadə olunur. Bu qəhvə həvəskarları üçün xüsusilə əhəmiyyətlidir, hansı ki, orqanizmdən kalsiumu yuyub aparır.Bağırsaqların mikroflorasını yaxşılaşdırır.Banan mədənin bulanması kimi problemdən qurtulmağa kömək edir. İstifadə vaxtı bananlar mədənin divarlarını bürüyür və bununla onu qidada təcavüzkar maddələrdən və turşulardan müdafiə edir. Bu sağalmaya və mədədə yaraların bitişməsinə imkan yaradır.Banan ətində olan kalium baldır əzələlərini qıcolmalardan xilas edir.Bananların istifadəsi şişləri əhəmiyyətli dərəcədə azaldır.Bananın tərkibində dəmirin saxlanması onu qan azlığı vaxtı lazımlı məhsul edir.Kalium damarların vəziyyətini yaxşılaşdırmağa kömək edir, infarktın və insultun riskini azaldır, hipertoniyanı müalicə edir.Bananın tərkibinə daxil olan antioksidləşdiricilər və aminturşular orqanizmi müdafiə edir və immuniteti yüksəldir.Bananlar böyrəklərin işinə müsbət təsir etməyə kömək edir, faydalı maddələr, mikroelementlər və vitaminlər onların vəziyyətini yaxşılaşdırır, qum və daşları xaric edir. Bananlarda bədənin temperaturunu aşağı salmaq kimi xüsusiyyət var. Bu titrətmə vaxtı və ya güclü hərarət zamanı sizə kömək edəcək. Nikotin asılılığından qurtulmaq üçün banan məsləhət görülür – böyük miqdarda vitamin, kalium, maqnezium orqanizmdən nikotinin qalıqlarını çıxarmağa və siqaretsiz həyata uyğunlaşmağa sizə kömək edəcək. Anemiya xəstələri üçün ideal bir meyvədir. Bədənin hemoqlabin səviyyəsini normaya salan dəmir baxımından olduqca zəngindir.Bananın böyrək xərçənginə qarşı təsirli olduğu təsbit edilib. Həftədə 4-6 dəfə banan yeyənlərin bu xəstəliyə yoluxma riskinin daha az olduğu bildirilir. Siqareti tərgidənlər üçün faydalıdır. Siqareti tərgidən biri üçün nikotinə olan ehtiyacını unutmaq çətin olur. Bananın tərkibində olan B6, B12 vitaminləri bu yoxluq əlamətlərinin azalmasına kömək edir.Potasium və maqnezium tərkibli olduğundan ürək xəstəliklərindən qorunmağa kömək edir.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page