Rusiya Yaponiyanın şimal sahillərində yerləşən və Tokionun ərazi iddiası olduğu Kuril adalarında hər
- Günel Ağayeva
- 23 окт. 2015 г.
- 1 мин. чтения

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Kurildə yerləşən hərbi bazalar Arktikadakı 4 baza ilə yanaşı inkişaf etdirilməlidir. Kuril adaları ilə bağlı mübahisə İkinci Dünya Müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanmamasına səbəb olub. İyul ayında cənab Şoyqu Yaponiyanın şimal Hokkaydo adası yaxınlığındakı Kunaşir və İturup adalarında iki hərbi hissənin qurulduğunu bildirib. Yaponiya Baş Naziri, Dmitri Medvedevin avqust ayında adalara səfərinə etiraz edib. Yaponiyada Kuril adaları Şimal Ərazilər adlandırılır.Kunashir adasında Dmitri Medvedev sovet dövründən qalan hərbi obyektlərə baş çəkib. Sovet İttifaqı adaları 1945-ci ildə, İkinci Dünya Müharibəsi ardınca Yaponiyanın təslim edilməsindən bir qədər əvvəl zəbt edib. Sergey Şoyqu Kuril adalarında xidmət edən hərbçilər və onların ailələri üçün hospital, kinoteatr və müasir yaşayış evləri kimi infrastruktur obyektlərinin tikiləcəyini bildirib. Bu arada İturup adasında yeni tikilmiş aeroport açılıb, Rusiya ordusunun Zvezda televiziya kanalı xəbər verir. Rusiyanın Gazeta.ru saytı adalarda 3.500 hərbçinin olduğunu bildirib. Sayt həmçinin T-80 tankları və Buk M-1 zenit raket sistemlərilə təchiz olunmuş 18-ci motoatıcı artilleriya divizionunun yerləşdirildiyini xəbər verir. Adalarda həmçinin Oxotsk sularını xarici gəmilərdən qorumaq üçün sualtı qayıqların olduğu qeyd olunur. Hazırda tikilməkdə olan Rusiya bazalarından ən irisi Arktikadakı Novosibirsk adalar sırasında yerləşən Kotelny hərbi hissəsidir. Cənab Şoyqu bu bazanın bölgədə Sovet dövründən qalan hər hansı bazadan daha böyük olduğunu deyib. Hərbi bazalar Vrangel adası, Şmidt burnu və Çukotkanın şərqi sahillərində də qurulmaqdadır. Rusiya naziri Arktikada 6 uçuş zolağının təmirinin 2017-ci ilədək yekunlaşacağını və Tiksi ilə Anadırda MiG-31 təyyarələrinin yerləşdiriləcəyini deyib.
Comments