top of page

Telman İsmayılovun borcu yarım milyard dolları ötüb

  • Biznes xəbərləri-Könül Həsənova
  • 20 окт. 2015 г.
  • 1 мин. чтения

“AST” şirkətlər qrupunun təsisçisi Telman İsmayılov kreditorların hərəkətlərindən şoka düşüb. Bizim.tv-nin “Turan”a istinadən yaydığı məlumata görə, bu barədə biznesmenin nümayəndələri bildiriblər.

Oktyabrın 6-da Moskva Bank Rusiya Arbitraj Məhkəməsində T.İsmayılovun strukturundan - əslən Azərbaycandan olan Rusiya vətəndaşından 213,3 milyon dollar tələb edib. Biznesmenin fikrincə, onun aktivlərinin reyder üsulu ilə ələ keçirilməsinə başlanılır, “Vedomosti” qəzeti yazır. Moskva məhkəmələri T.İsmayılovun Moskva vilayətində şəxsi aktivlərinə həbs qoyublar, oliqarxın tanışları bildirirlər ki, biznesmen borclarla hesablaşmaq üçün bahalı daşınmaz əmlakını satmaq istəyir. Lakin Moskva Bank satışa icazə vermir, “borclunun iflasına nail olmaq istəyir”. Qəzetin hesablamalarına görə, hazırda T.İsmayılovun və onun şirkətinin borcu 586 milyon dollar ötür ki, bu da onun “Forbes” jurnalı tərəfindən dəyərləndirilən sərvəti ilə müqayisə edilə bilər. İndi T.İsmayılov özünün Türkiyədəki lüks “Mardan Palace” otelindən məhrum edilmək riski ilə üz-üzədir. Belə ki, Türkiyənin “Garanti Bankası” otelin noyabrın 2-də satışa çıxarılmasına nail olub. Otelin və villaların ilkin qiyməti 244 milyon dollar məbləğində müəyyən edilib. Qəzet qeyd edir ki, T.İsmayılovun sözlərinə görə, bu, “Mardan Palace”-a qoyulan investisiyadan təxminən 6 dəfə azdır. Kreditorlara və T.İsmayılovun oğlu Ələkbərə qarşı iddialar da var. İyulda Moskva Doroqomilov məhkəməsi ondan 186 min dollar məbləğində borcun tutulması barədə icra vərəqəsi yazıb.

 
 
 

Commentaires


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page