Putin Çin küçəsində
- Maraqlı-Könül Həsənova
- 20 окт. 2015 г.
- 1 мин. чтения

Çinin Siyamen şəhərinin ticarətçilərindən biri açdığı böyük paltar mağazasını Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şərəfinə adlandırıb.
Bu barədə Bizim.tv-yə Çində yaşayan soydaşımız İlham ƏIisoy məlumat verib. O bildirib ki, Rusiya, eləcə də Vladimir Putinlə heç bir bağlılığı olmayan iş adamı mağazasını “Putin” adlandırıb: “Son günlər burada Rusiya prezidenti Putinə maraq artıb. Çinlilərin ona rəğbəti açıq-aydın hiss olunur”. Soydaşımız bildirib ki, mağazada satılan paltarlar da yerli maldır. Bura Rusiyadan heç nə gətirilmir. Lakin çinli sahibkar Putinə rəğbətini böyük mağazasının adını onun şərəfinə adlandırmaqla büruzə verib. Qeyd edək ki, o, mağazanın adını bildiriş lövhəsinə ingiliscə yazdırıb.
Comments