top of page

Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

  • Xəbər
  • 20 окт. 2015 г.
  • 1 мин. чтения

Oktyabrın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” və “Rəncbər”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi”, Qazax magistral qaz kəmərləri sahəsinin ”Yuxarı Salahlı” və “Qazax”, eləcə də Astara magistral qaz kəmərləri sahəsinin “Lənkəran” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan verilən xəbərə görə, təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi və Qubalı, Kürdəmir rayonunun Sığırlı, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı, Siyəzən və Xızı rayonlarının 'Giləzi', “Yeni Yaşma”, “Şurabad”, “Beşdam”, “Sitalçay”, “Zarat”, Cahandar”, “Qara Siyəzən” kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun və Qazax şəhərin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page