top of page

“Radikalizm yolunu tutanlarla bağlı ciddi tədbir görüləcək”

  • Din-Könül Həsənova
  • 20 окт. 2015 г.
  • 1 мин. чтения

“Biz vaxtında dini radikalizmə meyl edənlərin qarşısını almalıyıq”.

Bunu çərşənbə axşamı “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mözusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, bu məsələdə dini icmaların üzərinə daha çox məsuliyyət düşür: “Radikalizm yolunu tutanlar nə qədər ki, gec deyil o yoldan qayıtmalıdırlar. Əks halda onlarla bağlı qanunla ciddi tədbir görüləcək. Bəzən bizə valideyinlər müraciət edir ki, övladları radikal cərəyanlara qoşulub, terrora meyl göstərir. Düşünürəm ki, biz bunun qarşısını almağa var gücümüzlə çalışmalıyıq”. Sədr müavini hüquq-mühafizə orqanlarının dini cərəyanlara qarşı ciddi işlər gördüyünü qeyd edərək bildirib ki, radikalizmlə mübarizədə hər kəs fəal olmalıdır: “Hazırda Azərbaycanda hüquq-mühafizə orqanları bu yöndə işini görür və “qırmızı xətt”i keçənləri nəzarətə götürür”.

Sədr müavini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizə ilə bağlı silsilə tədbirlər həyata keçirildiyini nəzərə çatdırıb: “Radikalizmlə mübarizədə fəallıq göstərmək lazımdır. Kəndlərdə, qəsəbələrdə, məscidlərdə sözügedən məsələ diqqətdə saxlanılmalıdır”.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page