Avropa islamlaşmaq istəmir
- Din-Həsənova Könül
- 18 окт. 2015 г.
- 1 мин. чтения

Qərbin islamlaşmasının əleyhinə olan almanlar hökuməti suriyalı qaçqınları ölkədən çıxarmağa çağırır. Almaniyada müsəlmanlara qarşı növbəti aksiya keçirilib. Drezdendə Pegida hərəkatının təşkil etdiyi nümayişə 9 minə qədər alman qatılıb. Qərbin islamlaşmasının əleyhinə olan bu insanlar hökuməti suriyalı qaçqınları ölkədən çıxarmağa çağırıb. Onlar həm də tələb eləyir ki, mühacirlərin axınına şərait yaradan kansler Angela Merkel istefa versin. Elə həmin saatlarda Pegidanın əleyhinə olan almanlar da nümayiş təşkil ediblər. Soyuq havaya baxmayaraq Suriya və İraqdan Qərbi Avropaya mühacir axını davam edir. Əksər qaçqınların sonuncu dayanacağı Almaniyadır. Müxtəlif mənbələrə görə 800 mindən 1,5 milyona qədər insan siyasi sığınacaq almaq üçün bu ölkəyə müraciət eləyib.
Comments