top of page

Səudiyyədə şiə tədbirinə hücum zamanı 5 nəfər öldürülüb

  • Dini xəbər-Könül Həsənova
  • 17 окт. 2015 г.
  • 1 мин. чтения

Səudiyyə Ərəbistanında Aşura ilə bağlı dini tədbirə toplaşan şiələrə hücum nəticəsində 5 nəfər öldürülüb və daha 9 adam xəsarət alıb.

Bizim.tv BBC-yə istinadən bildirir ki, şərq əyalətindəki Sayhat şəhərində baş vermiş hücuma görə məsuliyyəti “İslam Dövləti” qruplaşması ilə əlaqəli olduğunu deyən təşkilat öz üzərinə götürüb. İbadət mərkəzində toplaşanları odlu silahdan gülləbarana tutan hücumçu polis tərəfindən öldürülüb. “İslam Dövləti” qruplaşması may ayında 20-dən artıq adamın ölümü ilə nəticələnən ölkənin şərqindəki şiə məscidinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. Ötən ilin noyabr ayında yayımlanan audiomüraciətində qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarını şiə hədəflərinə qarşı hücumlara səsləyib. Cümə günü şiələrin yaşadığı ərazilərdə başqa hücumlar da qeydə alınıb. Səudiyyənin böyük şiə icması əsasən ölkənin şərqində yaşayır. Burada şilələr öz hüquqları uğrunda tez-tez aksiyalar keçirirlər. Şiə əhalisi uzun müddətdir ki, sünni kral ailəsi tərəfindən diksriminasiyaya məruz qaldığını bildirir. Hakimiyyət ittihamları rədd edir və bildirir ki, İran ölkənin şərqindəki əhalini narazılığa təşviq edir.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page