ABŞ tələb etdi: “PKK-nı vurmayın” – Gizli danışıq
- Dünya Xəbəri-Könül Həsənova
- 17 окт. 2015 г.
- 1 мин. чтения

Türkiyənin Şimali İraqda PKK-ya qarşı başlatdığı əməliyyatın ilk günlərində ABŞ-la maraqlı dialoq yaşanıb.
Bizim.tv “Sabah” qəzetinə istinadən xəbər verir ki, Pentaqon Türkiyədən PKK-nın Şimali İraqdakı Qara və Metina düşərgələrini vurmamağı tələb edib. ABŞ sözügedən düşərgələrdə əməkdaşlarının olduğunu və əməliyyatlardan öncə məlumat verilməsini istəyib. Lakin rəsmi Ankara ABŞ-ın bu tələbini qəbul etməyib:
“Əməkdaşlarınızın yerini bildirin, oranı vurmayaq. Lakin haranı bombalayacağımızı deyə bilmərik”.
Bundan əlavə, ABŞ-ın sözügedən düşərgələrdə PYD (PKK-nın Suriya qanadı) döyüşçülərinə təlim keçdiyi də məlum olub.Qeyd edək ki, Türkiyə iyulun 24-dən bu yana PKK-ya qarşı əməliyyatlar aparır.
Comments