top of page

Sürücüləri aldadan yol nişanları — 40 manat cərimə

  • Xəbər-Könül Həsənova
  • 16 окт. 2015 г.
  • 1 мин. чтения

Bakı-Ələt yolunda qurulan yol nişanları sürücülərlə yanaşı yol hərəkəti üzrə ekspertləri də çaş-baş salıb.

Belə nişanlardan biri sürətli yolun ən sol zolağında avtobus dayanacağı olduğunu bildirir, digəri isə cənub istiqamətindən şəhərə girən bütün avtomobilləri sağa, rayon avtomobilləri üçün yaradılan duracağa dönməyə məcbur edir. Sürətli yolun ən sol zolağına sarı xətt çəkilib və yola avtobus dayancağı nişanı qoyulub.

Ancaq avtobusun dayanması üçün yer yoxdur. Görüntülər Bak- Ələt yolunun 14-cü kilometriliyindəndir. Üstəlik burada avtobuslar üçün ayrılan və “bus” yazılan zolaqların salınmasında da səhvlik olub. Hətda bu nişanın tələbinin pozulmasına görə yol polisi tərəfidən sürücülərə 40 manatlıq cərimədə tətbiq edilə bilər.

Dövlət Siqnal İdarəsindən bildirilib ki, ərazidə əvvəllər dayanacağın olması nəzərdə tutulub. Həmin işarə də ona görə qoyulub. Ancaq dayanacaq quraşdırılmadığından nişan ərazidən götürüləcək.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page