top of page

Bu il Azərbaycanda 1 069 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib

  • Cəmiyyət-Könül Həsənova
  • 16 окт. 2015 г.
  • 1 мин. чтения

Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1 882 nəfər göndərilib, onlardan 1 069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib. Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə göndərilən şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 24 925 nəfər keçib. Onlardan 554 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

Bununla yanaşı, 9 ayda 2 157 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 1 016 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları", 933 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları", 208 nəfəri isə digər diaqnozlarla müalicəyə qəbul edilib.

 
 
 

コメント


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page