Afinadan miqrantlara dəstək.
- Dünya Xəbər,Günel Mehdiyeva
- 16 окт. 2015 г.
- 1 мин. чтения
Yunanıstanın paytaxtı Afinada,miqrantlara dəstək olmaq üçün nümayiş keçirilib.Propilea meydanında təşkil olunan nümayişə yüzlərlə insan qatılıb.Polisin nəzarəti altında olan nümayişdə heç bir gərginlik yaşanmayıb."Miqrantlar və Qaçqınlar xoş gəldiniz","Dəmirdən olan hörgülərə yox deyirik" pankartları ilə çıxış edən nümayişçilər,miqrantların lehinə,Avropa Birliyinin əleyhinə şüarlar səsləndirib.Sol qrupçular və tələbələrdən ibarət olan nümayişçilər həmçinin Fələstinlilər üçün də şüarlar səsləndirib.

Comentarios