Son nəsil texnologiya gəlir – 5G
- Texnologiya-Könül Həsənova
- 15 окт. 2015 г.
- 1 мин. чтения

Avropa Birliyi və Çin 5G texnologiyasını inkişaf etdirmək üçün əməkdaşlıq razılaşması imzalayıb.
Bizim.tv xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi 5-ci nəsil (5G) kabelsiz rabitə texnologiyalarının inkişaf etdirilməsi sahəsində Çinlə əməkdaşlığa başlayıb. Pekində imzalanan razılaşmaya əsasən, yeni texnologiyanın şəbəkə inkişafı və bazara daxil olma strukturu üzərində birgə işlər görüləcək. Avropa Komissiyasının üzvü Günter Oettinger “5G yaxın zamanda rəqəmsal texnologiyanın onurğasına çevriləcək. Biz bu səbəbdən qlobal əməkdaşlığı dəstəkləyirik”, - deyə açıqlama verib.
Comments