Təbəssüm bir günəşdir
- Hekayə-Könül Həsənova
- 14 окт. 2015 г.
- 1 мин. чтения

Təbəssüm hər şeydən əvvəl ruhumuzdakı gözəlliyin ifadəsidir. Ən çətin və gərgin vaxtlarımızda belə gülən bir çöhrə gördükdə istər-istəməz qəlbimiz durulur, üzümüzdə bir mülayimlik hiss olunur. Bütün xoş münasibətlər də təbəssümlə başlayır. Təbəssüm bir aydınlıqdır. İstər-istəməz hər kəs onun cazibəsinə düşür. Əslində bu gün bütün insanların bu cazibəyə ehtiyacı var. Həyatda müxtəlif çətinliklərlə qarşılaşırıq. İstər-istəməz içimizə bədbinlik çökür. Əgər bu çətinliklərə təslim olsaq, içimizdəki bədbinlik üzümüzdə də əks olunar. Halbuki ətrafımızda baş verən hadisələrdəki hikməti dərk edərək ən çirkin görünən hadisələrin arxasında belə Sonsuz Qüdrət Sahibinin əlini görməliyik. Onun hikmətinə ram olmalı, “Mövlam görəlim neylər, neylərsə gözəl eylər”, – deməliyik.
“Təbəssüm bir günəşdir, üzümüzdəki kədər buzlarını əridir”
Comments