top of page

Ata ilə yenicə dünyaya göz açmış körpənin söhbəti..

  • Hekayə-Könül Həsənova
  • 14 окт. 2015 г.
  • 2 мин. чтения

Salam oğlum. Bu dünyaya xoş gəldin. Dünyaya göz açmağınla ağlamağın bir oldu. Yəqin ki, necə bir yerdə göz açdığını bildin. Ilk zərbəni sənə həkim vurdu. Vurdu ki,nəfəsin açılsın. Bu zərbə səni xilas etdi bəlkə də. Zaman keçdikcə böyüyəcəksən. Həyata alışmadan, nə baş verdiyini bilmədən həyat sənə zərbələr vuracaq. Nə olduğunu, nə baş verdiyini başa düşməyə çalışacaqsan. Başa düşmək elə də asan deyil. Biz bu zərbələrə “həyatdı”da deyib keçirik. Görəsən sən ne deyəcəksən?! Bu həyatda rahatlıq axtarmayasan. Bu həyatda olmayan yeganə şey budur bəlkə. Qazandığından çox itirəcəksən. Qazandığını görmədiyin halda itirdiyin hər ay,gözünün önündə olacaq. Həyatda qalmaq üçün onun qaydalarınahərəkət etməlisən. Qaydalar isə səni dəyişəcək. İndiki paklığından əsər-əlamət qalmayacaq. Yalan danışacaqsan. Günahlar edəcəksən. Qəlbələr qıracaqsan. Həyat səni çox sıxacaq. Ancaq bil ki, ona təslim olmadın sənə daha çətin olacaq. Ancaq bir seçimdə var. Ən dar anında biri özünü sənə tanıdacaq. Biz ona Allah deyirik. O bizim tək ümid yerimizdir. Həyata qarşı durmaqda bizə dəstək olan tək varlıqdır. Onu tapmaq asansdır itirmək isə demək olar ki,mümkünsüzdür. Ancaq diqqətli ol. Diqqətli ol ki, o sənin üçün adiləşməsin. Onun sevgisini qazansan və ona sevgi bəsləsən əsl sevginin nə olduğunu anlayacaqsan. Allahı sevməyənlər də az deyil bu dünyada. Çalış sən onlardan olma. Oğlum mənim,sənə bundan daha yaxşı dünya bəxş etmək istərdim,yalnız gücüm çatmaz. Yalnız Allah bu dünya haqqında bizə gözəl müjdə verib. Sadəcə bir qədər səbr etmək gərəkdir. Bu dünyanı hər şeyə rağmən yenə sevdim mən. Sən də sevəcəksən. Bilirsən niyə? Bu dünyaya gəlməklə Allahı tanıyırsan,onun varlığından xəbərdar olursan. Onun mərhəmətinə, rəhmətində şahid olursan. Bu səbəbdən bütün problemlərə rağmən Allahı tanıdığın üçün şanslı insansan. Bütün itirdiklərim, çəkdiklərim Allahımı tanımağıma dəydi. Bütün bunları bilə-bilə onu tanımaq üçün min dəfə bu dünyaya gələrdim. Sənin kimi...

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page