top of page

24 gündə 300-dən çox insanı ölümdən xilas edən cəsur ulaq

  • Maraqlı-Könül Həsənova
  • 14 окт. 2015 г.
  • 1 мин. чтения

Myorfi adlı eşşək dünyanın ən cəsarətli ulağı elan edilib.

Bizim.tv xarici mətbuata istinadən xəbər verir ki, bu heyvan yüzlərlə insanı ölümdən xilas etdiyinə görə xilaskar eşşək hesab edilir. Myorfi bir neçə il əvvəl cəsurluğuna görə Avstraliyanın “Qırmızı Xaç” ordeni ilə də təltif edilib. Ulaq Birinci Dünya Müharibəsinin gedişində, Dardanel əməliyyatında yaralı əsgərləri daşıyıb. O, bu işi qayalı yarğanlardan keçməklə həyata keçirib. Özü də itki vermədən... Məhz onun sayəsində bütün əsgərlər sağ-salamat səhra hospitalına çatdırılıb. Myorfiyə 22 yaşlı sanitar-xərəkçi Con Simpson Kirkpatrik xüsusi təlim keçib. O, ulağa su ilə yanaşı, yaralı əsgərləri də səhra hospitalının palatasına daşımağı öyrədib. Simpson İngiltərədə dünyaya göz açsa da, Avstraliyaya köçüb. 1914-cü ildə Avstraliya ordusunda sıravi əsgər kimi hərbi xidmətə başlayıb. O, 24 gün ərzində öz ulağı ilə 300-dən çox əsgəri tibb məntəqəsinə daşıyıb. Gənc sanitar öz eşşəyi ilə Avstraliya və Yeni Zelandiya ordu korpusunun xilaskarlıq rəmzinə çevrilib.

 
 
 

コメント


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page