Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən beş million insan dünyasını dəyişir!
- Sağlamlıq - Günel Ağayeva
- 13 окт. 2015 г.
- 3 мин. чтения

Bu günə qədər siqaretdən azad olmağın müxtəlif üsulları araşdırılmış və ictimaiyyətə təqdim olunmuşdur. Lakin ziyanın nə qədər böyük olduğunu insan dərk etməsə siqaretdən imtina edə bilməyəcək. Gün ərzində bir qutu siqaret çəkən şəxs həyatinin hər ilindən bir neçə saniyə məhv edir.Siqaret və onun tüstüsündə ən azi 300 növ müxtəlif zərərli kimyəvi maddələri vardır.Bunların önündə isə, güclü zəhərlərdən sayılan nikotin durur.Nikotinin təbabətdə istifadə sahəsi yoxdur.Yalniz,həşəratları məhv etməyə yarayır.Siqaretin qoxusundan hətta ilan belə diksinir. Heç bir terrorist siqaret qədər öldürücü ola bilməz. Siqaretin ölüm tilovunda xoşbəxtlik verən yem kimidir. Gündə 20 ədəd siqaret çəkən şəxsin her gün ömründən 1,5 saat itirdiyi sübut edilmişdir..Siqaretdəki kimyəvi maddələrin zərərləri bu cür sadalana bilər: 1. Əsəbləşdirici, 2. Iflic etmə, 3. Xərçəng yaratma, 4. Qanazliq yaratma, 5. Damar tıxanma təsiri, 6. Boyrək iltihabi yaratma, 7. Uşaq salmaya səbəb, 8. Cinsi fəallığı zəiflətmə, 9. Sinir sistemi məhv etmə.... Son 10 il ərzində ağciyər xərçənginə tutulma halları siqaret çəkməyənlərə nisbətən 15 dəfə çoxdur. Siqaret cəkən analarin uşaqları, kifayət qədər oksigen çatışmadığına görə əqli cəhətden zəif olur.Qirtlaq xərçənginə tutulma hallarinin 99%-nin səbəbi siqaret çəkməkdədir .Siqaret çəkən şəxs, siqaret tüstüsünün udmağa məcbur olan etrafdakılarıda 40-80% nisbətində zəhərləyir. Siqaret arteriyaları tutur və ürək xəstəliklərinə gətirib çıxarda bilir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insandan 15000 döyüntü çoxdur. Damarların sıxılması nəticəsində oksigen qidalanması aşağıdır. Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə gətirib çıxardır. Pnevmoniya, xroniki bronxit və emfizema.Beləki hüceyrə toxumalarını genetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Artıq sübut olunub ki, siqaret ağ ciyər xərçənginin yaranmasında 90% kimi yüksək ehtimala malikdir.Siqaret çəkmək göz zəifliyinə gətirib çıxardır. Alimlər neçə illərdir ki, bu barədə fərziyələr irəli sürüblər və müasir texnologiyaların köməyi ilə bu sübut olunmuşdur. Siqaretin tərkibində olan maddələr görmə qabiliyyətinə zərər vura bilərlər. Bu maddələr gözdə gedən qan dövranının ritmini poza bilərlər. Hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmək riski vardır. Elə xəstəliklər var ki, sırf siqaret səbəbkar olur. Misal üçün ayaq damarlarının tutulması. Damarlar tutulur və qan dövranı pozulur. Hətta ən pis halda ayağın amputasiyası istisna olunmur. Ancaq Rusiya Federasiyasında ildə 20 min siqaret düşkünün ayaq amputasiyası əməliyyatı keçirilir. Kliniki araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkənin dərisi, çəkməyənin dərisində daha tez qocalır. Məsələn sübut olunmuşdur ki, 40 yaşlı siqaret çəkən bir insanın dərisi 70 yaşlı siqaret çəkməyən insanın dərisi ilə eyni struktura malik ola bilir. Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir. Siqaret çəkmək beyin fəaliyyətinə mənfi təsir göstərir,reaksiyaları yavaşlatır, onları daha aydın edir. Diqqəti zəiflədir, intellekti aşağı salır. Əgər sizin peşəniz diqqət tələb edirsə, siqaret sizin əmək fəaliyyətinizə mənfi təsir göstərir, diqqətinizi cəmləyə bilmirsiz.Alimlər müəyyən etmişdirlər ki, siqaret çəkmək elektroensefaloqramda dəyişikliklərə səbəb olur və nəticədə beyin hüceyrələrinin bioelektrik aktivliyi azalır. Alman şairi Höte deyirdi: “Siqaretdən kütləşirsən. Yaradıcılıq və siqaret uyuşmur.” Siqaret çəkməyin zərəri ölçülməyəndir. Fiziki və psixoljı təsirlərdən başqa bu vərdişdən imtina etmək üçün bir çox səbəblər vardır: Səhərlər ağızda acılıq, sarı dişlər, ağızdan və saçlardan gələn pis qoxu. Yuxusuzluq. Siqaret çəkənlər daha pis yuxuya malikdirlər. İy və dad hisslərini öldürür. Bu hissiyatlar siqareti buraxandan xeyli sonra qayıdır. Siqaret çəkənlər ətrafdakılara böyük ziyan vururlar. Beləki, passiv siqaret çəkənlərin ölüm sayı ildə 600 min təşkil edir və bunların əksəriyyəti uşaqlardır. Siqaret zaman itgisidir. Orta hesablamalara görə siqaret çəkənlər ildə 10-15 sutka zaman itgisinə yol verirlər. Hesablaya da bilərsiz orta siqaret çəkən insan gündə 20 siqaret çəkir. Hər siqaretə 3 dəqiqə vaxt ayırsa günə 1 saat, ilə 365 saat edir. Unutmayaq ki sağlamlığınız hər şeydən üstündür.
Comments