Bu xəbəri Qıvrım saçlı xanımlar oxusun.
- Maraqlı xəbər-Könül Həsənova
- 13 окт. 2015 г.
- 1 мин. чтения
Qıvrım saçlar heç vaxt dəbdən düşmür. Ancaq bu saçlara qulluq etmək də çətindir. Qıvrım saçlı qadınlar həmişə saçlarının çox şişməsindən şikayət edirlər. Bizim.tv qıvrım saçlar üçün bir neçə baxım üsulları təqdim edir.
Qıvrım və quru saçlar çox tez dolaşır və çətin açılır. Saçlarınızın qurumaması üçün sulfatsız şampunlardan istifadə edin. Eyni zamanda duş zamanı saç kremi, saç maskası da çəkin. Saçlarınızı qurulayarkən dəsmaldan istifadə etməyin. Dəsmalla qurulasanız, daha tez elektriklənər. Bunun yerinə pambıqdan köynək, ya da mikrofiber dəsmallardan istifadə edin. Saçlarınıza ayda 2 dəfə protein baxımı etdirin. Qıvrım saç üçün olan hər məhsuldan istifadə etməyin. Qalın telli, ya da incə telli saçlar üçün lazım olan məhsullar alın.
Comments