Adel sindromu-Sevgi xəstəliyi...
- Maraqlı xəbərlər - Günel Ağayeva
- 13 окт. 2015 г.
- 1 мин. чтения

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir. Adel ailədə beşinci uşaq olub. O, çox gözəl qadın və istedadlı pianoçu idi. Lakin onun psixi sağlamlığı get-gedə zəifləyirdi. 1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir. Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir. 1858-ci ildə Fransaya qayıdır ki, müalicə alsın. 1861-ci ildə İngiltərədə səyahət zamanı Adel Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə vurulur. Adel Pinsonla tanış olan kimi başa düşür ki, zabit onun həyatının sevgisidir.Qərar verir ki, onunla ailə həyatı qursun. Lakin qarşılıqsız sevgi Adelin psixologiyası korlayır. Ətrafdakılara, hər kəsə Pinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toy görüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir. Hüqonun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümid bəsləməsin, Fransaya qayıtsın. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adeli bir nəfər Fransaya aparır. Atası onu San-Mandedəki ruhi xəstəxanaya yerləşdirir. Viktor Hüqonun ölümündən sonra Adeli Syurendəki xəstəxanaya köçürürlər. O, ömrünün sonuna - 1915-ci ilə qədər xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir. 85 yaşında xəstəxanada ölür. Adel sindromu tibbdə geniş tanınmır. Lakin tez- tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.
Comments