Rusiya Britaniyadan "raket" xəbərinə görə izahat istəyib.
- Dünya xəbərləri - Günel Ağayeva
- 12 окт. 2015 г.
- 1 мин. чтения

Britaniya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ölkənin Moskvadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağrılıb.Rusiya tərəfi diplomatdan Britaniya Hərbi Hava Qüvvələri (RAF) pilotlarına Yaxın Şərqdə Rusiya təyyarələrini vurmaq icazəsi verilməsi barədə mətbuat xəbərlərilə əlaqədar izahat istəyib.Britaniya XİN sözçüsü attaşenin Rusiya Müdafiə Nazirliyi rəsmilərilə bazar günü görüşdüyünü söyləyib."Rusiya höküməti qeyri-dəqiq qəzet məlumatı ilə bağlı RAF qüvvələrinin İraqda əməliyyatları barədə izahat istəyib", XİN rəsmisi qeyd edib.Britaniya qəzetlərinin yazdığına görə, İraqda RAF Tornado təyyarələri hava döyüşləri aparmaq üçün nəzərdə tutulmuş infra-qırmızı raketlərlə təchiz olunub.Lakin Britaniya Müdafiə Nazirliyi bu məlumatların "tamamilə həqiqətə uyğun olmadığını" bildirib.Britaniya XİN-i Moskvadakı attaşe tərəfindən Rusiya hərbi əməliyyatı ilə bağlı narahatlığın təkrarlandığını qeyd edib.Bundan əvvəl baş nazir David Cameron Suriyaya Rusiya hərbi müdaxiləsini "qəssab" prezident Bəşər əl-Əsədə dəstək olduğunu demişdi.O, eləcə də Rusiya qüvvələrinin İD qruplaşması ilə Suriya prezidentinə qarşı döyüşən digər qruplar arasında fərq qoymadan zərbələr endirməsindən narahatığını bildirmişdi.2014-cü ildə Britaniya parlamenti razılıq verəndən sonra RAF təyyarələri İraqda İD qruplaşmasına qarşı hava reydləri keçirir.Lakin parlament Britaniya hərbiyyəsinin Suriyaya müdaxiləsinə icazə verməyib.Britaniya höküməti İraqda İD silahlılarına qarşı apardığı əməliyyatı indi Suriya ərazisinədək genişləndirmək istəyir, lakin bunu yalnız parlamentdən razılıq aldındıqdan sonra edəcəyini vurğulayır.
Comments