top of page

Ermənistan hakimiyyəti bildirir:Türkiyə hərbi vertolyotları Ermənistan “hava məkanına qeyri-qanuni m

  • Dünya xəbərləri - Günel Ağayeva
  • 12 окт. 2015 г.
  • 1 мин. чтения

Ermənistan Mülki Aviasiya Baş İdarəsi mətbuat xidmətinin Ruben Qrdzelyan BBC Azərbaycancaya deyib ki, Türkiyə hərbi vertolyotları Ermənistanın hava məkanını pozub.İdarənin rəisi Artyom Movsisyan ötən həftə sonu yerli mediaya, oktyabrın 6-da və 7-də Türkiyə hərbi vertolyotlarının 2-4 dəqiqə müddətində Ermənistanın Armavir vilayətinin Bağramyan yaşayış məntəqəsi üzərində dövrə vurduqlarını bildirib.Məsələyə aydınlıq gətirmək üçün Türkiyə tərəfinə müraciət edilib və cavab alınıb ki, vertolyotlar pis hava şəraiti səbəbindən Ermənistan ərazisinə keçiblər, cənab Movsisyanla söhbətə istinadən “Hraparak” qəzeti yazır.Türkiyə hökumətindən bu barədə açıqlama almaq mümkün olmayıb.Ermənistan Müdafiə Nazirliyi də BBC Azərbaycancanın iddialarla bağlı sualına cavab verməyib.Artyom Movsisyan həmçinin bildirib ki, mülki təyyarələrin sərhədi keçməsi halları tez-tez olur, lakin bu kimi insidentlər “daxili yoxlama” səviyyəsində həll olunur və adətən xüsusi araşdırma aparmağa ehtiyac olmur.Bu arada Ermənistanda təhlilçilər bu hadisənin Rusiya təyyarələrinin Türkiyənin hava məkanını pozması ilə bağlı olduğunu düşünürlər.Politoloq Stepan Safaryan qəzetə verdiyi açıqlamasında Türkiyə vertolyotlarının Ermənistan hava sərhədini pozmasını hazırda Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliklə izah edib.Qeyd etmək lazımdır ki, Ermənistanın Türkiyə və İranla sərhədinə, 1992-ci il tarixli müqaviləyə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edir.“Bu, Türkiyənin Rusiya təyyarələrinin Suriyada əməliyyatları zamanı Türkiyə hava məkanına bir neçə dəfə müdaxilə etməsinə cavab ola bilər”, - Safaryan deyib.Suriyaya havadan hücumlar edən Rusiya, Türkiyənin hava məkanını "səhvən pozduğunu" bildirib.

 
 
 

Comentários


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page