Rusiyanın xaricdən aldığı kreditlərin həcmi arta bilər.
- Dünya xəbərləri - Günel Ağayeva
- 11 окт. 2015 г.
- 1 мин. чтения

Rusiyanın xaricdən cəlb etdiyi kreditlərin həcmi büdcənin nəzərdə tutduğu 3 milyard dollardan daha artıq ola bilər, Rusiya maliyyə nazirinin müavini deyib."Büdcə kifayət qədər sərbəstdir. Hələlik 3 milyard haqqında danışırıq. İqtisadi fəallıq yaxşı olsa, biz yəqin ki, planlarımızı dəyişə bilərik", - Sergey Storçak deyib.Büdcə layihəsi son bir neçə ildə 7 milyard dollar ətrafında olan xarici kreditlərin həcmini 3 milyarda çatdırmağı nəzərdə tutur.İndi belə görünür ki, artan xərclərlə bağlı bu öhdəliyi yerinə yetirmək mümkün olmaya bilər.Rusiya hökuməti 2016-ci ilin büdcə layihəsini cümə axşamı təsdiq edib.
Comments