Qəzzaya hava zərbəsi nəticəsində fələstinlilər həlak olub.
- Dünya xəbərləri - Günel Ağayeva
- 11 окт. 2015 г.
- 1 мин. чтения

İsrail hərbisi həmin hədəflərin Həmasın silahqayırma obyektləri olduğunu deyərək zərbələrin Qəzzadan İsrailin cənubuna atılmış iki raketə cavab olduğunu qeyd edib.Fələstin rəsmilərinə görə İsrailin zərbəsi nəticəsində hamilə qadın və onun azyaşlı qızı həlak olublar.Qərb Sahildə İsrail polisinin bildirdiyinə görə, Fələstinli qadın yoxlama məntəqəsi yaxınlığında partlayıcı qurğunu işə salıb.Avtomobil sürən qadın bazar günü səhər saatlarında Maale Adumim adlı İsrail məskəni yaxınlığında polis tərəfindən saxlanılmışdı.Polis sözçüsünün sözlərinə görə, "həmin qadın "Allah Əkbər" sözləriləpartayıcı qurğunu işə saldı".Məlumata əsasən, qadın kritik vəziyyətdədir, polis əməkdaşı isə yüngül yara alıb.İlkin məlumatlarda qadının partlayış nəticəsində həlak olduğu bildirilmişdi."Qəzza zolağından edilən hər hansı hücuma görə məsuliyyət Həmasın üzərinə düşür", İsrail hərbiyyəsinin sözçüsü Peter Lerner hava zərbələrindən sonra bazar günü bildirib.
Comments