Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç: “Qoy insan səsləri hər şeyi özləri desin”.
- Mədəniyyət xəbərləri - Günel Ağayeva
- 10 окт. 2015 г.
- 1 мин. чтения

O ilk dəfə, 1985-ci ildə Sovet İttifaqının 23 yaşlı jurnalisti kimi ilk sənədli kitabını: “Müharibədə qadın sifəti yoxdur” oçerkini yazanda məşhurlaşmağa başlayıb.Bu, İkinci Dünya Müharibəsində döyüşmüş adi Belarus qadınlarının özlərinin danışdıqları hekayətlərdən ibarət bir kitab idi.Xoşbəxtlikdən onun ədəbi uğuru 1980-ci illərin sonlarında Mixail Qorbaçovun yeniləşdirici, inqilabi siyasəti ilə eyni vaxta təsadüf eləmişdi. O vaxtkı sovet lideri ölkədə “aşkarlıq” və “yenidənqurma” elan etmişdi.
Aleksiyeviçin adı potensial Nobel mükafatçılarının sırasında illərdir ki, çəkilirdi, hərçənd o, beynəlxalq aləmdə rəqibləri Philip Roth, Joyce Carol Oates və Haruki Murakami qədər tanınmırdı.Buna görə də mükafatın elan edilməsi gözlənilməz və inanılmaz olub. O, bu mükafata layiq görülmüş 14-cü qadındır və ən əsası da budur ki, qeyri-bədii janrda yazır. Əslində onun janrı jurnalist yazılarından qaynaqlanıb.Ədəbiyyat üçün Nobel mükafatları, onun təsisçisi Alfred Nobelin arzusuna uyğun olaraq, ənənəvi şəkildə sırf bədii təxəllüsə və ya “ideal” dəyərlərə görə verilir.Qeyri-bədii janrda yazanlardan bu mükafatı yalnız Winston Churchill və Bertrand Russell alıblar. Hətta Aleksandr Soljenitsına da Nobel mükafatı bədii əsərlərinə görə verilib.
b “Müharibədə qadın sifəti yoxdur” kitabından sonra o, sovet zəmanəsində qadağan sayılan mövzulara müraciət edib. “Sink oğlanlar” kitabı (1989) Əfqanıstan müharibəsinə, “Çernobıldan gələn səslər” kitabı isə 1986-cı ildə baş vermis nüvə qəzasına həsr olunub. Onun kitabları xarici dillərə tərcümə olunaraq müəllifini keçmiş SSRİ-nin dəyişən reallığının rəmzinə çevirib.O özünün sənədli üslubuna həmişə sadiq qalıb və Nobel Komitəsini də bu əsərlərdəki canlı səslərlə valeh edib. Mükafatlandırma vərəqində onun əsərləri “əzabın və mərdliyin abidəsi” adlandırılıb.O, dünyanın ən yüksək ədəbiyyat mükafatına layiq görülmüş cəmi 6 rusdilli yazıçıdan biridir. Digər laureatlar İvan Bunin, Boris Pasternak, Mixail Şoloxov, Aleksandr Solzhenitsyn və İosif Brodskidir.
Commentaires