Neytrinonun "fleyvor" (flavour) deyilən xüsusiyyətinin aşkar olunmasına görə mükafat aldıl
- Maraqlı xəbərlər
- 7 окт. 2015 г.
- 2 мин. чтения

Neytrino kütləsi heç dərəcəsində cüzi olmaqla yanaşı, bu elementar hissəciyin özünün ətraf mühitlə qarşılıqlı təsiri olduqca zəifdir.
Müvafiq olaraq Yaponiya və Kanadada çalışan Kajita və McDonald nəhən avadanlıqlardan istifadə edərək neytrinonun xüsussiyyətlərini reallıqda müşahidə edə biliblər.
Hazırda professor McDonald Kanadada Queen's universitetində, professor Kajita isə, Tokio universitetində elementar hissəciklər fizikası sahəsində elmi tədqiqatlarını davam etdirirlər.
1990-cı illərin sonlarında fiziklər müəmma ilə üzləşmişdi: Yerdəki detektorlarda qeydə alınan neytrinoların sayı nəzəri modelin günəşdən tutmuş uzaq supernova ulduzlaradək kosmik obyektlərdən gəlməsini proqnozlaşdırdığı neytrinoların sayından xeyli az idi.
Söhbət professor Kajita-nın indiyədək çalışdığı Super-Kamiokande detektoru və professor McDonald-ın rəhbərlik etdiyi və Kanadanın Ontario məntəqəsində yerləşən Sudbury neytrino observatoriyasından gedir.
Hər iki detektor istifadə olunmayan mənbələrdə qurulmuşdu.
1998-ci ildə professor Kajitanın elmi qrupu təcrübə zamanı müşahidə edilmiş neytrinoların xüsusiyyətlərinin dəyişdiyini qeydə almışdı.
2001-ci ildə isə Prof McDonald-ın rəhbərlik etdiyi qrup Ontario-da müşahidə edilən Günəşdən gəlmiş neytrinoların xüsusiyyətlərinin dəyişdiyini bildirmişdi.
Xüsusiyyətləri dəyişən neytrionların aşkar edilməsinin fizika nəziyyəsinə köklü təsiri olmuşdu.
Bu kəşf təcrübə zamanı açkar edilmiş neytrinoların sayının hissəciklərin nəzəri sayından nəyə görə xeyli az olmasını izah edə bildi və elementar hissəciklərin Standart Modelində kainata dair hesablamalara dəyişikliklər etməyə əsas verdi.
Mükafat komitəsinin üzvü, Uppsala universitetindən professor Olga Botner deyib ki, bu neytrino fizikası sahəsində hesabsız sayda fiziklərin çalışdığına baxmayaraq, experimental şəraitdə pioner nəticələr əldə etmiş iki fiziki mükafata layiq görmək qərarı qəbul olunub.
Onun sözlərinə görə, professor McDonald 1980-ci illərdə Sudbury observatoriyasının qurulmasına rəhbərlik edib və 1990-cı ilədək həmin obyektin direktoru olub:"O, bir təşkilatçı və intellektual lider kimi observatoriyaya rəhbərlik edib".
Professor Kajita isə Kamiokande detektorunda doktorluq elmi dissertasiyası üzərində çalışıb, neytrino qrupuna rəhbərlik edib, "1990-cı illərin sonunda neytrino barədə toplanmış eksperimental məlumat bazasının təhlililə məşğul olan elmi qrupa rəhbərlik edib".
Manchester universitetinin əməkdaşı, professor Stefan Soldner-Rembold-un qeyd etdiyi kimi, Nobel mükafatı "iki laureatın rəhbərlik etdiyi iki böyük eksperimental kollaborasiyanın nail olduğu inqilabi kəşfin əhəmiyyətini əks etdirir."
"Neytrino kütləsi və ossilyasiyasının aşkar edilməsi elementar hissəciklərin Standard Modelində ilk çat yaradan kəşf olub. Hazırda yeni irimiqyaslı təcrübələrin planlaşdırılmasını nəzərə alaraq, neytrino fizikasında kəşvlər erasının hələ təzə başlandığını güman etmək olar".








Комментарии