top of page

Şekspirin Qlobus teatrı Bakıda "Hamlet" tamaşasını nümayiş etdirib.

  • Mədəniyyət xəbərləri
  • 4 окт. 2015 г.
  • 1 мин. чтения

Şekspirin Qlobus teatrı dünya turnesi çərçivəsində "Hamlet" tamaşasını azərbaycanlı izləyicilər qarşısında nümayiş etdirib. Londonda ilk Globus teatrı 1599-cu ildə tikilib. Teatrın müasir yenidənqurulması isə 1997-ci ildə açılıb. İcraçı prodüser Tom Bird-in sözlərinə görə, teatr Şekspirin doğum günü ilə əlaqədar olaraq 2014-cü ildə dünya turnesinə çıxıb. Azərbaycan 16 nəfərlik teatr qrupunun səfər etdiyi 131-ci ölkədir. Teatr daha 65 ölkədə çıxış etdikdən sonra, turne 2016-cı ilin aprel ayında Danimarkada başa çatacaq. Azərbaycan Dövlət Akademik Dram teatrında nümayiş etdirilən tamaşa Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page