top of page

Mehrim Mələk - esklüziv müsahibə

  • Kamran Nur
  • 2 окт. 2015 г.
  • 3 мин. чтения

Etdiyim yeniliklər bir çoxlarına örnək oldu - ƏTRAFLI VİDEO Bu gün saytımızın müsahib qonağı hər zaman etdiyi yeniliklərlə seçilməyi bacaran Meri Maksimumdur. - Salam Mehrim xanım. - Salam. Xoş gördük. - Sənətdə nə zamandan fəaliyyət göstərsiniz? - Bu sənətdə mən 88 ci ildən fəaliyyətdəyəm. Orta ixtisasıma mən Asəf Zeynallı adına kollecində yiyələnmişəm. Ali ixtisası isə Bakı Dövlət Universitetində Psixalogiya fakultəsində oxumaqla almışam. - "Mehrim" əsl adınız çox maraqlı və gözəldir. Niyə məhz öz adınızla davam etmədiniz? Ləqəb götürdünüz? - Təşəkkür edirəm. Deyilənlərə görə çox gözəl adım var. Eyni zamanda müqəddəs adlardandır. Amma öz adımın yerinə sənətdə artıq ləqəblə təqdim olunmağıma qərar verdim. Çünki adımı bir çox toyxana ifaçıları özlərinə soyad, ləqəb və sarə kimi götürməyə başladılar. Kobud dildə desək adım mənimsənilməyə başladı. Bu artıq bizlərdə adi hala çevrilib. Belə qərara gəldim ki, özümə ləqəb seçim. Fikrimcə hər sənətinə hörmət edən ifaçı heç vaxt başqa ifaçının nə mahnısını nə də ki, imicini təkrarlanmağa çalışmaz. Əgər sənətə seçilmək və sevilmək istəyirsənsə gərək sən təkrarolunmaz olasan. Bu kim müğənniciklərə elə sizin saytınız vasitəsi ilə səslənib demək istəyirəm ki, çalışın sənətdə özünüzü tapın. Mənim adımı simasız adınızın əvvəllinə və ya sonuna calağ etməklə deyil. Mehrim bu adla doğulub və bu adlada Allahın hüzuruna gedəcək. Sizi isə bu xəyanətinizlə özünüzə əzablı gor qazmış olursunuz. Oğurluq yaxşı iş deyil. Kiminsə haqqına girməyin. - Əskər hallarda sənət adamlarına qarşı gözü götürməyənlər çıxışlar zamanı təxribatlar törədirlər. Sizə qarşı belə təxribatlar olubmu? - Olub. Niyə gizlədim. Toyxana müğənnicikləri olub ki məni səhnədə məyyus etməyə çalışıblar. Lakin özləri 9 milyonluq xalqımızın qabağında xar olublar. Dostları ər seçmək istədikləri və ya doğma nənələri tərəfindən ifşa olunub ağır söyüş və təqqirlərə məruz qalıblar. Necə deyərlər: "Nə tökərsən aşına, oda çıxar qaşığına!" Mehrim adı Qurandan gəlir. Mənim nəfsimi Allah bilir. Gözəlliyimi qoruyur. Bəxtimə və taleyimə şükür edirəm. - Meri Maksimum dinləyicilərini yaxın gələcəkdə daha nə kimi yeniliklər gözləyir? - Əslində dilim başıma bəladır. Etdiyim yeniliklər bir çoxlarına örnək oldu. Dedim DJ ilə iş birliyi yaratmışam. Mahnılar yığdırıram. Elektro house üslubunu mədəniyyətimizə gətirirəm. Elə bunu demişdim ki bir neçə özünü axtarıb tapa bilməyən müğənniciklər cumdular DJ -lərin üstlərinə. Bakıda DJ qalmadı. Ona görə də nə imicim nə də ki, yeni seçəcəyim musiqi üslubları haqda heçnə deməyəcəm. Yalnız göstərəcəm. Çünki hasant yolla pul qazanıb sənətdə gənə, virus kimi bəzi müğənniciklər obrazlarımı oğrayırlar. Asan yolla yekə qarın daydaylardan pull çəkib keyifyyətsiz işlərini raskrutka edirlər. Pulla görə sənətdə təsadüfi olan pinəçilərin yığıdığı mahnıları ilə elektro üslubuna keçmək istəyirlər. Lakin alınmır. Yekə yoğun bədənlərinə dəridən geyimi dartışdırıb maksimal görünməyə çalışırlar. Amma Maksimal bir dənədir. Oda Meri Maksimum. Meri Maksimum mədəniyyəti və sənəti bənzərsizdir. Atalar deyib: "Gec olar. Güc olar". Mən sənətimin karıyam. Təqdim edəcəyim mahnılar başqa dövlətlərdə səslənirsə demək mən dünya şoubiznesi üçün də hazıram. Sizi inandırım ki, mən ölüb gedəcəm. Amma ifalarım isə tarixdə yaşayacaq. Üç beş günlük savadsız xit yalnız bizdədir. Başqa ölkələrdə belə hallar baş vermir. Bu sənət ilahidən verilən paydır. Bunu oğrayıb düz-qoş etməklə qısa zamanda baş aldadanlardır. Özləri kimi musiqi anlayışı olmayan dinləyicilərdir ki, onlarda inanın ki, çox azdır. Bir azdan yox dərəcəsində olacaqlar. Çünki bozbaş qazanı qaynamaqdan yırtıldı. (gülür) - Elə sizin sayt vasitəsi ilə yeni mahnımı dinləyicilərə təqdim etmək istəyirəm. Yeni mahnım "Mələk" adlanır. MsB adlı peşəkar DJ məhsuludur. Həyatda baş vermiş bir sevgi faciəsi əsasında yazılıb. Leyla adlı bir gənc qız öz sevdiyini aftoqəzada itirir. Dünya dayanmır. Fırlanır. Taleh öz oyununu oynayır. Allahdan ən böyük arzum xalqımın daima var olmağıdır. Azadlığımla ucalmağımdır. - Bildiyimiz qədəri ilə yeni bir mahnı üzərində də çalışırsınız. Adı "Durnalar" -dır. - Bəli. Durnalar haqda onu oxuyandan sonra danışaram. İnanın artıq nəsə deməyə belə qorxuram. Danışsam qənim kəsilənlər çox olacaq. İnşaallah "Durnalar" mahnım da hazır olan kimi ilk sizin sayta təqdim edəcəm. - Təşəkkür edirik. - Mən siziə təşəkkür edirəm. Maraqlı müsahibəmiz də baş tutdu. - Sonda saytımıza nə arzulayardınız? - Sizlərə çoxlu oxucu kütləsi arzu edirəm.

 
 
 

Comentarios


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page