top of page

Ötən 3 ay dünya fond birjaları üçün son 4 ilin ən əlverişsiz zaman kəsiyi olub.

  • Birja xəbərləri
  • 1 окт. 2015 г.
  • 1 мин. чтения

Həmin müddət ərzində dünya bazarlarında birja indeksləri 7%-15% arasında enib, Shanghai fond birjasının indeksi isə 25% geriləyib.Birjaların durumuna mənfi təsir göstərən amillər sırasında ekspertlər, ilk növbədə, Yunanıstandakı böhranı, Çin iqtisadiyyatının artım tempinin azalmasını və bank kredit faizlərinin artırılacağı proqnozunu qeyd edirlər. Bununla belə, ötən ayın sonunda birjaların çoxu indekslərini bir qədər yüksəldə bilib, onlardan bəziləri isə, hətta, bir gün ərzində 2% indeks artımına nail olub. Çərşənbə axşamı ABŞ-da Dow Jones indeksi 1.5%, Londonda isə FTSE 100 indeksi 2.58% artıb. Lakin iyul ayından sentyabradək keçmiş 3 ay ərzində indekslərdə eniş qeydə alınıb:  Dow - 7.9%  FTSE 100 - 7.04%  Dax - 11.74%  Nikkei - 14.47%  Shanghai Composite - 24.69% Beynəlxalq Valyuta Fondunun başçısı Christine Lagarde ABŞ-da bank kredit faizinin artımı perspektivinin və Çində iqtisadi tənəzzülün dünya bazarlarında təşviş hissini gücləndirdiyini qeyd edib.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page