Qaranquşlar DƏRS VERİR (İbrətli yazı)
- Araz Mehrəli Şiyəkəranlı
- 30 сент. 2015 г.
- 1 мин. чтения


Bir divarın küncündə qaranquş yuvası gördüm. Maraq məni qaranquşları kənardan izləməyə vardar etdi. Ana və ata gedib , gəlib yemək gətirirlər və fərqli zamanlarda gəldikləri üçün bir-birlərini görmürlər. Bu qaranquşlarda ailə bağlarının necə möhkəm olmasının bariz nümunəsidir: SƏDAQƏT! Ana birinci balaya yem verir, bir azdan ata gəlib ikinciyə, ana təkrar gəldiyində üçüncüyə, ata gəlib yenə də birinciyə yem verir. İnanmaq olmur. Qaranquşlar balalarına yem verərkən növbəni heç səhv salmırlar: ƏDALƏT! Axşama doğru yuvaya qara bir pişik yaxınlaşır. O kiçik ana və ata təlaşlı bir şəkildə gəlib pişiyi uzağa qədər qovdular: CƏSARƏT! Qaranquşlar yuvalarının yerləşdiyi otağın qapıları bağlı olan zamanlarda insan olan başqa otaqların pəncərəsindən tez-tez girib çıxaraq sanki xəbər verirlər ki, qapı və pəncərələri almaq lazımdır: AĞIL ! Yuvalarını elə qururlar ki illərcə dağılmır : KEYFİYYƏT ! Payızda isti ölkələrə köç edərlər: YENİLİK! Onların tikdikləri yuva, digər quşların saman çöplərini üst -üstə qoyaraq tikilən yuvalara heç bənzəməz. Buna bənzər bir yuva tikə bilən başqa bir quş yoxdur: FƏRQLİLİK! Heç qaranquşların bir yerdə tənbəllik etdiklərini xatırlayırsınızmı? Daim uçarlar: ZƏHMƏTSEVƏRLİK ! İnanılmaz dərəcədə sürətlidirlər, su zərrələrini havada tutarlar: SÜRƏT! Minlərlə kilometr uzaqdan həmişə eyni yuvaya dönərlər. Ömürlərinin sonuna qədər yuvalarına bağlıdırlar: YURD SEVGİSİ!..
Comments