top of page

MTN-nin generalı dünyasını dəyişdi

  • xəbər
  • 30 сент. 2015 г.
  • 1 мин. чтения

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə vəfat edib.Yusifzadə mərhum prezident Heydər Əliyevlə yaxın dost olub.Ziya Yusifzadə gecə saatlarında evində dünyasını dəyişib.

Qeyd edək ki, Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili 1946-cı ildə Zaqatala şəhərində qızıl medalla başa vurmuşdur. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib.

1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb.

1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxıb. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olmuşdur.

1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi almışdır.

1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik edib.

1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılandan bu xüsusi ali məktəbin rəisidir.

Sovet dövründə Bakı Sovetinin və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur. SSRİ DTK-nın və Azərbaycan Respublikası Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı adlarını almışdır. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Hazırda generalla vida mərasiminin keçirilməsi üçün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində hazırlıq görülür.

Allah rəhmət eləsin!

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page