top of page

Facebook istifadəcilərinə xəbərdarlıq

  • xəbər
  • 30 сент. 2015 г.
  • 1 мин. чтения

"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg, keçən həftə "bəyənməmə" düyməsinin yaxın zamanlarda aktivləşdiriləcəyini bildirmişdi. Markın bu açıqlamasından sonra fırıldaqçılar hərəkətə keçiblər. Belə ki, "facebook" istifadəçilərinə ""Bəyənməmə" düyməsini buradan aktivləşdir"" adlı saxta tətbiqetmə təqdim edilir. İstifadəçilər həmin linkə tıkladıkları zaman, onlardan e-mail ünvanı və parol tələb edilir. Hesab məlumatlarını daxil edən istifadəçi, başqa bir web sayta yönləndirilir və "Bəyənməmə" düyməsi aktivləşmir. Bu yolla istifadəçilərin hesabları ələ keçirilir və ya onların adlarından reklam xarakterli məlumatlar paylaşılır. Bəzi fırıldaqçılar isə bu yolla komputerlərə proqram yükləmək qabiliyyətinə də sahib olurlar. "Facebook" istifadəçilərinin bu yeni online saxtakarlıqdan necə təsirləndiyi hələ tam olaraq bilinmir. İstifadəçilərə şübhəli linkləri tıklamadan əvvəl, 2 dəfə düşünmək tövsiyə edilir.

 
 
 

Comentários


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page