Artıq "aple" telefonlarızda asanlıqla Azərbaycan klyavaturasından istifadə edə biləcəksiz.
- Könül Həsənova
- 29 сент. 2015 г.
- 1 мин. чтения

iPhone və iPad üçün avto-düzəlişli Azərbaycan dili klaviaturasının (AZ Keyboard 4.5) yeni versiyası çıxıb. Yeni versiya Apple şirkətinin yeni iOS 9 əməliyyat sistemini dəstəkləyir. Klaviaturanın aşağıdakı imkanları var: * Avto-düzəliş (auto-correct) - səhv yazılan sözün avtomatik düzəldilməsi * Avto-tamamlama və növbəti sözü təklif etmə * Klaviaturada barmağı sola-sağa sürüşdürməklə kursoru hərəkət etdirmək imkanı * Qısaltmalar (Shortcuts) - Proqramda Seçimlərdə qısaltmalar siyahısına əlavə etdiyiniz qısaltmanı bütöv sözlə əvəzləyir * 4 sətirli düzüm - Alternativ olaraq hərflərin 3 sətirli yox 4 sətirli düzümü (üst sətirdəki düymələri özünüz dəyişdirə bilərsiniz)
Comentarios