Alyaska qurbağası haqqında maraqlı faktlar.
- Admin
- 29 сент. 2015 г.
- 1 мин. чтения

Alyaska qurbağaları qışda soyuqdan donub ölməmək üçün özünü donduraraq bütün qışı donmuş şəkildə keçirir.Soyuq olduğu zaman daxili orqanlarında olan suyu xarici səthə (dərisinə) bərabər paylayar. Və bunun nəticəsində daxili orqanları donmağa başlayar. Qurbağa donarkən bədənin üzərində şəkər təbəqəsi yaranar. Qurbağanın qan şəkəri bütün bədən səthinə yayılar.Belə olduqda bədəndəki hüceyrələr tam qalır. Bunun nəticəsində Alyaska qurbağasının bədəninin dağılmasına imkan vermir. Bu proses nəticəsində qurbağanın beyni,urək sistemi,nəfəs borusu, böyrək funksiyası tamamilə donur. Bu halda Alyaska qurbağası kiçik daşa bənzəyir. Alyaska qurbağası həftələrlə,aylarla bu şəkildə olur.Qış yuxusunu ölü olaraq keçirir. Bahar gəldikdə, günəşin şüaları torpağa dəydiyi zaman qurbağa 1 gün və yaxudda 10saat işərisində qış yuxusundan oyanır.İlk olaraq qurbağanın daxili orqanaları ürək, beyin, nəfəs sistemi oz funksiyasını yenidən bərpa edir. Daha sonra hərəkət sistemi funksiyasını bərpa edir. Donu açılmış qurbağa həyatına qaldığı yerdən davam edir.Allahın bu möcüzəsi hələ alimlər tərəfindən aşkar edilməyib.
Comentários