Akvariumun bizlərə nə xeyri var?
- Könül Həsənova
- 28 сент. 2015 г.
- 1 мин. чтения


Evdə balıq saxlamaq ürəyə xeyir imiş. Beynəlxalq Dəniz Akvariumu təşkilatının mütəxəssisləri araşdırma apararaq bu nəticəyə gəliblər ki, akvariumu seyr edərkən insanın arterial təzyiqi və ürək döyüntüləri stabitləşir. İnsan həm də psixoloji baxımdan özünü rahat və sakit hiss edir. Akvarium nə qədər böyük və içərisində baliqların sayı nə qədər çox olarsa ürəyə xeyri bir o qədər artmış olur. İş burasındadır ki,çox sayda balıqları müşahidə edən zaman gözlərin hərəkəti artıq idman xarakterini alır,bununla da əvvəlcə göz damarlarında daha sonra isə insan bədənindəki bütün damarlarda təzyiq qaydasına düşür. Mütəxəssislər bununüçün də iri akvariumların olduğu yerlərə gedib balıqlara tamaşa etməyi insanlara məsləhət görür. Bunu etməyənlər isə evdə də akvarium saxlamaqla həm balıqların həm də özünün qayğısına qalmış olar.
Commentaires