top of page

Sekropiya kəpənəyi(Hyalophora_cecropia)

  • Günel Eyvazlı
  • 27 сент. 2015 г.
  • 1 мин. чтения

Hilofora Sekropiya adlandırılan (amerikalıların bəzən Robin adlandırdığı) kəpənək, Şimali Amerikanın ən böyük kəpənəyi hesab olunur. Şimali Amerikaya xas olan, qırmızı və qəhvəyi rəng çaları ilə seçilən Sekropiya kəpənəyi ipək kəpənəkkimilər ailəsinin bir üzvüdür. Ölçüsü və gözoxşayan görünüşü ilə təbiət sevərlərin sevimlisi olan bu kəpənəyə ən çox Şimali Amerikanın Kordilyer dağlarının şimalında,Qayalı dağlarda, habelə Cənubi Kanada ərazisində rast gəlinir. Daha çox meşə, açıqlıqda isə şəhər və şəhərətrafı ərazilərdə ağaclara yaxın görmək olur.Onlara hələ açılmamış ikən daha çox ağcaqayın ağacının yarpaqlarında rast gəlinsə də,qida mənbəyi olaraq alma, gilas və tozağacı kimi ağaclara üz tutduqları məlumdur.Yalnız tırtıl qidalanır,qanadları açılan kəpənək isə qidalanmır.Ailəsinin bütün üzvləri kimi həzm sistemi olmayan kəpənəyin ömrü bir neçə həftədir. Dişi sekropiya 100-dən çox yumurta qoya bilər.Havadan asılı olaraq,tırtıla çevrilməsi 7 gündən 14 günə qədər çəkə bilir.Tırtıl ağcaqanad ölçüsündə olur.Lakin onlar tez-tez kiçik hörümçəklərin qurbanı olurlar.Sağ qalan sarı-yaşıla çalan tırtıl böyüdükcə qara rəng almağa başlayır.Vaxt keçdikcə qara daha sonra öz yerini yaşıl və mavi-yaşıl rəngə verir. Ətrafında ipək hörməyə başlayır və tədricən qanadları böyüyərək kəpənəyə çevrilir. Çoxlu rəngləri özündə ehtiva edən Sekrofiya xüsusi gözəlliyi ilə seçilir.Qanadlarının kənarları açıq rəngdə olur. Ölçüsünə görə fərqlənməsinə baxmayaraq, adətən qanadları 160 mm-ə çatır.

Zaman keçdikcə sayı azalmağa doğru gedən bu kəpənəklərdən qanadları böyük və nisbətən möhkəm olduğu üçün bir sıra tədqiqatlarda,o cümlədən,biokimyəvi tədqiqatlarda geniş istifadə olunur. Sekropiya kəpənəyinə əsasən axşamlar rast gəlinir və gündüz vaxtı onları nadir hallarda görmək olar. Bu kəpənəklər parlaq işığı sevirlər, siz axşam vaxtı da onlara işıq düşən vaxt rast gələcəksiniz. Bu səbəbdən, siz gecə kəpənəyi-pərvanəsini çox görməyəcəksiz, lakin gördüyünüz zaman şahanə gözəlliyinə görə onları unutmayacaqsınız.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page