Cəmiyyətin aktual probleminə çevrilən intiharların sayları günü-gündən artır.
- Günel Ağayeva
- 26 сент. 2015 г.
- 2 мин. чтения

İntihar nədir? İntihara kimlər meyillidir? Bununla necə,mübarizə aparmaq olar?İntihar-özünə qəsd deməkdir.İntihar qarşısı alına biləcək ölüm səbəbdir. Bir çox insanlar intiharı çıxış yolu kimi düşünürlər.Lakin bu belə deyil.İntihar düşüncəsi mədəniyyətə,dinə,sosial sistemlərə aid olaraq dəyişilir. Dində bunun günah olduğu bildirilir. İslam ölkələrində intihar edənlərinin sayı digər dinə mənsub olan ölkələrdə ki, intihar sayından dəfələrlə aşağıdır. Bununda dini inancla bağlı olduğu söylənilir.Sosial xarakterlə bağlı intihar faizi ölkədən-ölkəyə fərqlənir.Böyük Britaniya, Çin, ABŞ, Yaponiya, Hindistanda intihar sayları daha yüksəkdir.Çində və Hindistanda intihar edən qadinların sayı digər ölkələrdəki intihara meyliqadınların sayından çoxdur. Statistika göstərir ki, kişilər qadınlara nisbətən daha çox intihara meyillidirlər.
------------------------------------------
İntihara aşağıdakı amillər səbəb olur.
Depressiya, psixoloji problemlər, sosial səbəblər,ailə münaqişələri,şiddətə meyillilik,fiziki xəstəliklər və digər faktlar.Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər.Depressiya yetkin insanlarda olduğu kimi gənclərdə və yeniyetmələrdə bu risk faktoru daşıyır.Yeniyetmə yaşlarında olan insanların əsasən ətrafındakı insanlarla ünsiyyət problemlərinin yaranmasındadı. Elə düşünürlər ki, ətrafinda olanlar onları başa düşmürlər. Bu cür düşündükləri zaman özlərinə qapanırlar. Və yeganə çıxış yolu kimi intiharı seçirlər.Gənclər arasında yaranan intihar səbəbləri işlərində uğursuzluq,ailə və sosial problemlər öz təsirini göstərir. Digər ölkələrdə olduğu kimi təəssüflə qeyd edək ki, Azərbaycanda da intihar edənlərin sayı artıb. Azərbaycanda intihar edənlər əsasən 18-25 yaş arası gənclərdir.Yaranan işsizlik problemləri, erkən nigah, ailə münaqişələri, ali məktəbə daxil olmamaq genclərimizdə psixoloji trammalar yaradır. Nəticəsində insanlar intihar yolunu seçirlər. Əgər yaxınlarınızdan hər kimsə ""həyatdan bezmişəm, heç kəs məni başa düşmur, bu həyat mənlik deyil"", özünə qapanma baş veribsə, ətrafındakı yaxınlarına münasibətləri dəyişilibsə,bu zaman həmin insanın psixoloji problemləri yaranıb.Bu cür çətin anlarında onların yanında olun. Onları tək qoymayın. Əks təqdirdə intihar üçün əlverişli vaxtı və zamanı seçəçəklər.
Lakin unutmayaq ki, hər nə olursa olsun həyat yaşamağa dəyərAllahın verdiyi cana qəsd etmək günah və qadağandır.
Комментарии