Mobil telefonların insan həyatına mənfi təsirləri.
- Günel Ağayeva
- 24 сент. 2015 г.
- 1 мин. чтения

Texnologiyanın sürətli inkişafı nəticəsində insanlarda mobil telefonlara maraq günü-günüdən artır. Demək olar kı,əhalinin bir qismi 2 və daha artıq mobil telefondan istifadə edirlər. Həyatımıza daxil olan bu kiçik cihazların istifadəsi əlaqə imkanlarımızı asanlaşdırır.
İlk olaraq mobil telefonun yaranma tarixi haqqında məlumat verək. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.İlk portativ telefon 1983-cü ildə istehsal olunub. Günü-gündən sayı artan mobil telefon istifadəçiləri demək olar ki,telefonlarını yenisi ilə əvəz edirlər.
Həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar sağlamlığımıza mənfi təsirlər göstərir.Beləki mobil telefonlar güclü radiasiya mənbəyidir.Əsasən ilk zəng çalındığı zaman açıldıqda,telefon bateriya yığarkən istifadə olunduqda,şəbəkə çətin tutduğu vaxt yüksək gərginlik yaranır. Liftdə,zirzəmidə,tuneldə telefonla danışmaq məsləhət deyil.Gün ərzində mobil telefonla çox danışdıqda xərçəng xəstəliyi,əsəbilik,yorğunluq, yaddaşın zəifləməsi,sümük əriməsi, sonsuzluq kimi xəstəliklərinin yaranmasına səbəb olur.Mobil telefonlarından davamlı istifadə edən insanların əksəriyyətində onurğa xəstəliklərı müşahidə olunur.
Unutmayın mobil telefonlar həyatınızı nə qədər asanlaşdırsada mənfi təsirləri bir o qədər çoxdur. Sağlamlığınız hər şeydən üstündür.
Günel Ağayeva.
Comments