top of page

Gəlin birlikdə yardım edək! - XEYRİYYƏ SƏRGİSİ KEÇİRİLƏCƏK

  • Günel Ağayeva
  • 20 сент. 2015 г.
  • 1 мин. чтения

Bakıda sağlamlıq imkanları məhdud olan insanların əl işlərindən ibarət sərgi keçiriləcək. Sərgidə 30-dan çox sağlamlıq imkanları məhdud olan insanın əl işləri nümayiş olunacaq və bu işlərin satışının da həyata keçirilməsi planlaşdırılır. Tədbirin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə kömək göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdir. Hər birinizi bu xeyirxah aksiyada iştirak etməyə dəvət edirik. Onların bizə ehtiyacı var. Gəlin birlikdə dəstək olaq! Tədbir zamanı əl işlərinin satışı da təşkil olunacaq. Siz qayğıya ehtiyacı olan insanların əl işlərini almaqla cüzi də olsa onlara yardım edə bilərsiniz. Elə isə siz də bu sərgiyə qatılın və sizin də tövhəniz olsun! Sərgi sentyabrın 27-də "Park İnn” otelinin ikinci mərtəbəsində "Dan Ulduzu" zalında keçiriləcək. Başlanma vaxtı: 15:00 Bitmə vaxtı: 19:00 Qeyd: Əlavə məlumat almaq istəyənlər təşkilatçı Sevinc Əlizadə ilə əlaqə saxlaya bilərlər Əlaqə telefonu: 0552092001

 
 
 

Kommentare


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page