Valideyinləri üçün əziz,cəmiyyət üçün ləkə övladlar.
- Günel Ağayeva
- 16 сент. 2015 г.
- 1 мин. чтения

Həyatda atdığınız bütün addımları valideynlərinizə borclusunuz.O valideynlərə ki, hər bir çətinliklə sizləri böyüdüb,yemeyib sizləri yedizdirib övladlarının yaxşı firavan bir həyat yaşamaqları üçün gecə gündüz rəbbinə əl açıb dua ediblər.
Ey övlad söylə valideyn borcunu ödəyə bilərsənmi?Аta,ana borcunu min ildə çalışsan ödəmək olmur.Çünki valideynlərin cənnəti behştdir.Onların qəlbinə dəyməyin kövrəkdir.Və bunu bilki hər nə pislik etsəndə səni və sənin kimiləri qəlbindən çıxarıb atmazlar.Sizlər böyüyüb boya başa çatasınız deyə öz cavanlıqlarını,xoşbəxtliklərini qurban edirlər.
Düşün naxələf övlad!Evinə ocağına layiq görmədiyin qoca deyib adlandırdığın insan sənin cənnətə açılan qapılarındı.Utanma,bezmə,lazımsız əşya kimi davranma!Evindən isti ocağından qoparıb onu qocalar evinə göndərmə!Ananın saçlarına gözlərinə bax!O saçlar sənin üçün ağardılıb.O gözlərdə olan nur sənin gələcəyinə işıq olub.Atanın əllərinin qabarına bax!Yaxşı yeyib içməyin yaxşı savad qazanmağın üçün yaranıb.
Göndərdiyin qocalar evi onlar üçün soyuq daş divarlardan heç bir fərqi yoxdur.Valideynin qəlbini incitmə.Gözlərindən axan hər bir damla yaşın babalı sənin boynunda olacaq.Elə ağır bir yükdur ki daşımaq heçdə sənin üçün asan olmayacaq.Valideynlər sizin üçün bir nemətdi.Süfrəndə olan ruzi bərəkəti valideyinlərinin duası ilə qazanırsan.Lakin onlara bir tikə çörəyi belə çox görürsən.
Bilirsənmi qocalar evində nə qədər atalar analar öz övadlarını yollarını gözləyir? Axı hardan biləsən nəyinə lazımdı?Doğma evindəykən onların qayğısını çəkməyib başını sığallamayıb əlindən öpməmisən ki.Valideyinləri üçün əziz,cəmiyyət üçün ləkə olan övladlar,valideynin ömrü sonsuz deyil.Unutma səndə valideyinsən.Sənin ata-ananla etdiyin rəftarı,övladın sənə100 qat artığını edəcək.Həyatda heç kəs heçnədən sığortalanmayıb.Valideyinlərini soyuq divar arxasında boylanmağa məcbur edən övlad,vaxt gələr halallığa möhtac qalarsan.Allah hər bir şeyi görür, səbr edir.Bu dünyada valideyinlərinizə etdiyiniz hər bir səhv hərəkətin mükafatını sizlərə qaytaracaq.
Comments