"İDEAL İNSAN"
- Könül Həsənova
- 15 сент. 2015 г.
- 1 мин. чтения

Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birindən soruşdu: Nə üçün buradasınız? Həmin adam üzünü sual verənə tərəf tutub cavab verdi: Hər kəsin mənim kimi olmaq istədiyi insan ola bilmədiyim üçün.Anlamadım,nə demək istəyirsiz?Atam, mənimlə fəxr etmək üçün yaxşı şagird olmağımı istəyirdi,amma mən yaxşı qiymətlər almadığımdan mənim kimi övladı olduğu üçün utanırdı.Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyinə görə,məni tənbəllikdə ittiham edirdi.Çünki,onun övladı çox insan kimi adi ola bilməzdi.Bir gün məni ova apardı.Oğlunun əsl kişi olduğunu sübut etmək üçün məndən bir ceyranı tüfənglə vurmağımı istədi.Mahir ovçu olan digəri ondan soruşdu: Neçə xal aldın? Heç nə…Ağlamağa başladım və atam məni bir də heç vaxt ova aparmadı.Atam mənim onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü kimi dülgər.Amma anam dayım kimi bank işçisi olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı istəyirdi.Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı,dostlarım isə film aktyorlarına oxşamağımı istəyirdi.Dərin nəfəs alıb davam etdi:Nişanlım ideal olmağımı istəyirdi.Atası isə qızının gözündə qiymətdən düşməsin deyə mənim ”heç nə” olmağımı arzulayırdı. Televiziya proqramları içkidən istifadə etməyim,avtomobillərə və siqaretə aludə olmağım üçün məni həvəsləndirir,“xəbərlər” isə belə şeylərdən uzaq olmağımı istəyirdi.Bu sözlərdən sonra bir qədər duruxdu:Üzr istəyirəm,sizi də narahat etdim. Mən bir ildir buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq istəmirəm.Siz nə qədər vaxtır buradasınız? Mən buraya öz qohumumu görmək üçün gəlmişəm. Hə,başa düşdüm,siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız. Gəlin doğmalarımızı bizim ağlımızdakı “ideal” insan olmağa məcbur etməyək. Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.
Comments