Nümunəvi "hörümçək" hekayəsi.
- Araz Şiyekeranlı Mehrali
- 10 сент. 2015 г.
- 1 мин. чтения

Hörümçək torunu hörər.Torun genişliyi,davamlılığı,böyüklüyü hörümçəyin gücünün həddi qədərdir.Hörümçək telin hər birini mərkəz nöqtədə birləşdirir.Ən kiçik titrəyiş belə torun mərkəzində hiss edilir.Hörümçək mərkəzdə gözləyir,milçək havada uçarkən bir anlıq boşluğa düşərək tora yapışır.Çırpındıqca vücudu və qanadları tora yapışır.Milçəyin çırpınışından mərkəzdə olan hörümçək onun böyüklüyünü hiss edir.Bir az gözləyəndən sonra milçək yorulur və beləcə tərpənməz vəziyyətdə qalır.Hörümçək xüsusi mayesi ilə ovunu zərərsizləşdirir.
İnstinktsional olaraq hörümçəyin işi torunu hörmək və gözləməkdir.Milçək əslində düşməməsi lazım olan tora düşüncə etdiyi çırpınışları ilə hörümçəyin işini asanlaşdırır.İncə və zəif torlar milçəyin sonuna səbəb olur.
Həyat insanın düşdüyü zəif bir tor kimidir.Amma insan bir dəfə hazırlıqsız tutulunca,səhvliklər bir zəncir halında davam edər.İradəsi zəif olanlar çırpındıqca daha da pis vəziyyətə düşür.Bütün bunların səbəbi nədir?Ağıl,inanc yetərsizliyi… Əgər ağıl inanc ilə bəslənərsə iradə də güclənər,səbəbsizlik,yetərsizlik,çarəsizlik yerini gücə və iradəyə verər.
Comments